“Bu məsələni şişirdənlərə Allah lənət etsin” - Xalq artisti

“Bu məsələni şişirdənlərə Allah lənət etsin” -

“Allah şeytana lənət etsin. Daha bu mövzunu bağlamaq istəyirəm. Məleykə xanımla aramızda bir anlaşılmazlıq oldu. Ondan üzr istəməklə böyük kimi borcumu yerinə yetirdim”.

Bunu AzVision.az-a xalq artisti, aktyor Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə yaşadığı qalmaqala münasibət bildirərkən deyib. “Məleykə xanıma zəng etmədim. Mətbuat vasitəsilə ondan üzr istədim. Nə onun, nə də mənim günahım var. Allah bu məsələni şişirdənlərə lənət etsin”.

Qeyd edək ki, R.Məlik xalq artisti Məleykə Əsədovanın geyimlərinə irad bildirərək onu “Facebook” profilində tənqid edib.
“Məleykə, belə şəkillərlə özünü biabir etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...