Məleykə Əsədova 200 minlik iddia haqda: "Heç nə deməyəcəm"

Məleykə Əsədova 200 minlik iddia haqda:

Aktrisa Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib. "Qaynarinfo” 200 min manatlıq təzminat davasının təfərrüatlarını öyrənmək üçün xalq artisti Məleykə Əsədova ilə əlaqə saxlayıb. Aktrisa açıqlamasında bu haqda danışmaq istəmədiyini bildirib:

"Mən bu haqda fikirlərimi paylaşmışam. Artıq bu mövzunu müzakirə etmək istəmirəm. Heç nə deməyəcəm. Allah hər birimizi mərdimazardan uzaq etsin. Hər kəsə uğurlu həftə, xeyirli gün diləyirəm”.

Xatırladaq ki, xalq artistləri arasında söz-söhbət Məleykə Əsədovanın sosial şəbəkədə şortikdə yayımladığı şəklindən sonra başlayıb. Şəkli görən Ramiz Məlik rəy bölümündə "Məleykə, sənin adın var, bu cür şəkilləri bura qoyma, səni qınayırlar. Özünün və teatrın imicini qoru”, yazıb. Bunu özünə təhqir hesab edən Məleykə Əsədova xalq artistinin evinə zəng edərək, qarşı tərəfi təhqir edib. Ramiz Məlik isə qarşı tərəfi cavabsız qoymamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1200 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...