Sevil-Sevinc bacıları polisə çağırıldı - Gənc oğlan oğurluq edib, onlara xərclədiyini iddia edir

Sevil-Sevinc bacıları polisə çağırıldı -

Müğənnilər Sevil-Sevinc Səfərovalar Yasamal Rayon Polis İdarəsinə çağırılıb.

GUNDEMİNFO.AZ "Ölkə.Az"a istinadən xəbər verir ki, bir neçə gün öncə rayon ərazisində oğurluq faktı qeydə alınıb. Altı min manat civarında oğurluq edən gənc oğlan Yasamal polisi tərəfindən saxlanılıb. İddia olunur ki, həmin şəxs ilkin ifadəsində oğurladığı məbləğin böyük qismini pərəstişkarı olduğu Sevil-Sevinc bacılarına xərclədiyini bildirib. Müğənni bacılar şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət ediliblər.

Məsələylə bağlı Sevil-Sevinc bacılarının adının çəkilməsini istəməyən prodüserləri bldirib ki, bu gün sənətçilərin atalarının ildönümü olduğu üçün danışmaq imkanına malik deyillər. Əvəzində özü bunları deyib:

"Onlar qorxaq uşaqlardırlar. Əgər belə bir şey olsaydı, mütləq mənə deyərdilər. Çünki mənsiz heç yerə getmirlər. Mən bu məsələdən xəbərsizəmsə, deməli, belə bir şey olmayıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...