"Son zamanlar özümü çox pis hiss edirəm" - xərçəngdən əziyyət çəkən Zümrüd

"Son zamanlar özümü çox pis hiss edirəm" -

"Milli Onkologiya Mərkəzinə getdim. Çox narahat idim. Son zamanlar özümü çox pis hiss edirdim: halsızlıq, depressiya, başdönmələri... Qorxurdum...”.

Bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkədə yazıb.

Xərçəngdən əziyyət çəkən aktrisa bildirib ki, son günlər səhhəti yenidən pisləşib:

"Həkimimin yanına getdim. Onun gülərüzlüyünü görən kimi halım düzəldi. Analizlərin cavabına baxdı və dedi ki, xırda problemlər var, onkologiya ilə bağlı deyil.

Söylədi ki, "Gözlərindəki həmişəki parıltı yoxdur, onu mütləq düzəlt. Sən bilirsən necə xoşbəxt insansan? Çünki sağalmısan, kəfəni yırtmısan. Yaşa, kef elə. Boş ver hər şeyi. Gül”.

Gözlərimin yenidən parıldaması üçün iki ay vaxt verdi. Otaqdan çıxdım... Qapının yanında çarəsiz insanları görəndə anladım ki, xoşbəxtəm, Allah məni sevir”.

///Axşam.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...