Əbülfəs Qarayev “Azdrama”da baş verənlərlə bağlı toplantı keçirəcək

Əbülfəs Qarayev “Azdrama”da baş verənlərlə bağlı toplantı keçirəcək


Mədəniyyət və Turizm Nazirliyinin son vaxtlar Akademik Milli Dram Teatrında baş verən qalmaqal və narazılıqlarla bağlı məsələyə müdaxilə edəcəyi gözlənilir. Lent.az-ın məlumatına görə, nazir Əbülfəs Qarayevin bununla bağlı keçiriləcək iclasda iştirakı da deyilir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovun Lent.az-a veridyi məlumata görə, nazirlik Akademik Milli Dram Teatrında baş verənlərə biganə qalmayacaq: “Oradakı məsələlərə baxılacaq. Bu dəqiqdir. Hələ iyul ayından bu barədə məlumat vermişdik. Amma hansı formada baxılacağı yaxın günlərdə açıqlanacaq”.

Teatrın aktyorları bu barədə dəqiq informasiyaya malik olmadıqlarını bildiriblər. Onlar da nazirliyin sənət ocağında baş verənlərlə bağlı münasibətini gözlədiklərini əlavə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...