Hind mahnısında Nəsimi qəzəli: Ayıb, biabırçılıq... - Video

Hind mahnısında Nəsimi qəzəli:
Müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu məşhur “Pəncu-şeş” hind mahnısının efirdə səslənməsi ayıbdır.

Bu sözləri Kult.az-a açıqlamasında Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, tanınmış bəstəkar Sərdar Fərəcov deyib. O bildirib ki, “Nəsimi İli”ndə belə mötəbər şəxsiyyətin, insanın yaradıcılığına münasibət ucuz olmamalıdır:

“Belə şeylərə gərək televiziya, mətbuat rəhbərləri ciddi nəzarət etsin. Müğənnilər Nəsimiyə “hörmət xatirinə” onun yaradıcılığını ucuzlaşdırmamalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamdan sonra ölkə səviyyəsində Nəsiminin yaradıcılığı ilə bağlı yeni işlər və tədbirlər həyata keçirilir.

Xatırladaq ki, A.Fərmanqızı qəzəlin sözlərini də düz oxumayıb, “Məndə sığar ikən cahan” (“iki cahan” əvəzinə) deməklə, ümumiyyətlə, Nəsimi yaradıcılığından bixəbər olduğunu nümayiş etdirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...