İlhaə Quliyeva xəstəxanaya aparıldı

İlhaə Quliyeva xəstəxanaya aparıldı


Ötən gün gecə saatlarında xalq artisti İlhamə Quliyevanın vəziyyəti pisləşərək, Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib.

Bu barədə lent.az-a müğənninin özü məlumat verib: “Dünən gecə saatlarında başımda güclü ağrılar hiss etdim. Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verliib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. Neftçilər xəstəxanasında xüsusi diqqət göstərdilər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki, yaxşı olacam”.

Xalq artisti daha sonra həbsə olan keçmiş köməkçisi Mehriban Hüseynova barəsində açılmış cinayət işinin istintaqının davam etdiyi söyləyib:

“Mehriban Hüseynovanın işinə obyektiv baxmırlar. Düşünürəm ki, bu məsələ kimlərə necə sərf edirsə, elə də edir. Bir neçə adamın bu işdə əlinin olduğunu bilirəm. Onların başında bir xanım durur. Sizin sayt vasitəsi ilə Mehribanın arxasında duran şəxslərə mesaj göndərirəm. Elə bilməyin ki, mən təkəm. Mənim arxamda Allahım, ölkəm, xalqım və böyük insanlarım var. Mehriban Hüseynovanın qızı hər yerdə danışır ki, bir neçə gün sonra anasını azadlığa buraxacaqlar. Xeyir ola? Bir neçə cinayətlə ittiham olunan adam hansı qanunla azadlığa buraxıla bilər? Mənim kimi adamla oyun oynamaq istəyirlər. Ağıllı olsunlar. Onun işi araşdırılır, araşdırılacaq, layiqli cavabını alacaq”.

İ.Quliyeva onu da əlavə edib ki, köməkçisi M.Hüseynova apellyasiya şikayəti vermək niyyətindədir:

“Biz tərəfdən kimisə məhkəməyə dəvət olunmayıb. Mənim nümayəndəm olmadan nə apellyasiya? İşə obyektiv baxmalarını tələb edirəm. Bu işə nəzarət edənlər bütün diqqətlərini Mehribanın əməllərini açan oğlumun dostu Vüqar Bəkirova yönəldiblər. Çünki bütün faktlar, səs yazmalar, videolar Vüqarın əlindədir”.

İ.Quliyeva qeyd edib ki, oğlu Orxan Nadirovu da təqib edirlər:

“Oğlum Orxanı da bu işə qatıblar. Xeyir ola? Kimsə maddi maraq güdür? Bu məsələdə maraqlı olmaq istəyən bir qadın var. O qadına demək istəyirəm ki, buynuzun gicişməsin. Özünü yığışdır. Elə faktlarım var ki, onu söyləsəm, bu ölkədən yox olarsan. Oğlumu və onun dostu Vüqarı daim güdürlər. Rahatlıqları yoxdur. Bu yaxınlarda oğlumun maşınını da vurublar. Nömrəsiz maşın onu avtomobillə divara sıxıb. Oğlum evimə rahat gedib, gələ bilmir. Xahiş edirəm ki, bu məsləyə hüquqi qiymət verilsin. Çünki bu qadın təkcə mənə yox, neçə-neçə ailələrin başına bu oyunu açıb.

İ.Quliyeva bildirib ki, müraciət etməyi də lazım bildi:

“Mən bir daha Daxili İşlər Nazirliyinə, Bakı şəhər Prokurorluğuna müraciət edirəm. İnanıram ki, bu məsələyə obyektiv baxılacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1199 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...