İlhamə Quliyeva: “Durumum kritikdir”

İlhamə Quliyeva: “Durumum kritikdir”


Bir neçə gün bundan öncə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti İlhamə Quliyevanın səhhəti ağır olaraq qalır.

Bununla bağlı Publika.az-a açıqlama verən primadonna hələ ümidinin üzülmədiyini deyib: “Xəstəxananın tibbi heyəti gecə-gündüz yanımdadır. Sağ olsun həkimim Rəşad Mahmudov, baş həkim Leyla Seyidbəyova, məni ölümün caynağından qurtardılar. Bura gətirildiyim gecə səhərəcən burnumdan qan gəldi, qanı saxlaya bilmirdilər. Şəkərim qalxıb, durumum kritikdir. Amma sağalıb ayağa qalxacam, çünki xalqımın sevgisi, duaları mənimlədir”. Xalq artisti səhhətinin ağırlaşmasında keçmiş köməkçisinin rolu olduğunu deyib: “Hamısı o qadına görə oldu. Dərmanlarla axırıma çıxmaq istədi.

Güclü qadınam, mən sağalacam. Həkimlər deiyr ki, səni bu vəziyyətdə evə buraxa bilmərik. Yataqdan dura bilmirəm. Duran kimi təzyiqim qalxır, özümü pis hiss edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...