Mətanət Əsədova həbs olunmağından danışdı: “Hamı həqiqətləri biləcək”

Mətanət Əsədova həbs olunmağından danışdı:

Bu gün mətbuatda müğənni Mətanət Əsədovanın həbs olunması ilə bağlı xəbərlər yayılıb.

NOCOMMENT.az xəbər verir ki, iddialara görə, Mətanət Əsədova insan alverinə görə həbs edilib. Məlumatda deyilir ki, o, bir neçə qadını evində pul qarşılığında iş adamlarına satırmış.

Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Telefona cavab verən Mətanət Əsədova haqqında yayılan xəbəri təkzib edərək, tezliklə əslində kimin həbs olunduğunu açıqlayacağını bildirib.

“Bu gün saat 16.00-da İnstagramda canlı yayım açıb, bəzi məqamlara aydınlıq gətirəcəyəm. Onda hamı bütün həqiqətləri öyrənəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...