Nazəninin əri də Təranəni uddu - Təzminat

Nazəninin əri də Təranəni uddu -


Müğənni Nazənin əri Məhəbbət Həsənov Təranə Qumrala qarşı verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Nərimanov rayon məhkəsinin hakimi Fuad Abdıyevin qərarı ilə Təranə Qumral cərmə olunub. M.Həsənovun vəkili Adəm Məmmədov bildirib ki, T.Qumralın müdafiə etdiyi Məhəbbət Həsənovu təhqir etməsi sübuta yetirilib. Məhkəmənin qərarı ilə Təranə Qumral üzr istəməli, təkzib verməli və 5 min manat təzminat ödəməlidir.

Vəkil bildirib ki, məhkəmə prosesi zamanı T.Qumral məsuliyyəti üzərindən atmaq üçün öz “İnstagram” hesabını silibmış: “Lakin məhkəmədə sübut olundu ki, həmin profil Təranə Qumrala aid olub. Həmin xəbəri yazan jurnalist məhkəmədə şahid kimi dindirilildi. Jurnalist bildirdi ki, xəbəri yazmadan öncə Təranə Qumral ilə əlaqə saxlayıb və o həmin “İnstagram” hesabının özünə məxsus olduğunu təsdiqləyib”.

Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı: “Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”. Qeyd edək ki, bundan əvvəl Xətai Rayon Məhkəməsi Nazəninin Təranə Qumrala qarşı iddiasını təmin etmişdi. Məhkəmə qərarına görə, T. Qumral 10 min manat təzminat ödəməli və Nazənindən üzr istəməli idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1304 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...