“O qədər ədalətsiz, vicdansız işlərə əl atıblar ki...“ - Baba Vəziroğlu

“O qədər ədalətsiz, vicdansız işlərə əl atıblar ki...“ -

Qəbul imtahanları başa çatıb. Artıq bütün abituriyentlər ixtisas seçimi edirlər. Ötən illərdə olduğu kimi bu il də III ixtisas qrupunda ciddi rəqabət gedir. 400-500 bal toplayan abituriyentər belə çətinliklərlə üzləşirlər. Digər qruplarda isə vəziyyət yaxşıdır. 150-200 bal yığanlar belə ali təhsil müəssisəsinə qəbul ola biləcəklər.

Maraqlıdır, çətin olmasına baxmayaraq niyə III ixtisas qrupuna sənəd verənlərin sayı azalmır?

Hansı səbəbdən əksəriyyət övladının hüquqşünas olub gələcəkdə polis, prokuror işləməsini istəyir?

Yenisabah.az-ın əməkdaşı mövzu ilə bağlı, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ilə həmsöhbət olub.

- Baba müəllim, niyə humanitar elmələrə maraq bu qədər çoxdur? Nədən hüquqşünaslıq ixtisasına meyl bu qədər güclüdür?

- Bu yeni problem deyil. Biz şərqliyik. Şərqlilərin çoxu da qılınc müsəlmanıdır. Şərqdə söz azadlığı və demokrtiya anlayışında problemi var. Dildə ancaq şüar şəklində deyirik. Lakin onun heç birinə əməl edə bilmirik. Azərbaycanda, o cümlədən Şərqdə heç vaxt qanun şah ola bilmir. Şah qanun olur. Şahın da qanun olması nə deməkdir ki... Onun da vuran əlləri polis, ədliyyə, məhkəmə, prokurordur. Hələ sovet dönəmində də bu ixtisaslar dəbdə idi. Əksəriyyəti polis, general, prokuror olmaq istəyirdi. Bu bizim qanımızda, genimizdə var.

- Şair olmaq uşaqlıq arzunuz idi?

- O zamanlar mən də prokuror olmaq istiyirdim. Hətta kənd qəzetində “Prokuror olacam” adlı məqaləm də çıxmışdı. Mənim atam kənddə kolxoz sədri işləyirdi. Həmişə görürdüm ki, atam onlardan çəkinir. Onlar istədikləri adamları haqlı, haqsız tutub damlaya bilərdilər. Ona görə, belə bir fantaziya yaranmışdı ki. prokuror olum. Həm atamı qoruya bilim, həm də vaxtı ilə onu incitmiş, əsassız yoxlamalar etmiş adamların cəzasını verim. Lakin sonradan fikirim dəyişdi. Düşündüm ki, mən prokuror olmaqla yalnız atamı, uzaqbaşı kəndimizi qoruya bilərəm. Bu da çox kiçik ərazidir. Ona görə şair, yazıçı olmaq qərarına gəldim ki, bütün insanlığı qoruya, haqq səsimi çatdıra bilim. Düz yolu tutduğumu düşünürəm.

İndiyədək Azərbaycana minlərlə prokurorlar, rəislər gəlib, gedib. O qədər ədalətsiz,vicdansız işlərə əl atıblar ki... Lakin sənətkar olmaq başqadır. Məsələn, Ramiz Rövşəndən, Musa Yaqubdan, Qara Qarayevdən, Arif Məlikovdan bir dənədir.

- Gənclərimiz niyə bu ixtisaslara yiyələnmək istəyirlər?

- Gəncləri qınamıram. Deyirlər aşıq gördüyünü çağırar. Onlar pullu iş olduqları üçün bu ixtisaslara can atırlar. Harada ki, ədalətsizliyə imza atırsan, orada pul var. Pula görə özlərini şəhid edirlər. Haqsızlıq edənlər bəlkə də nə zamansa, normal, vicdanlı insanlar olublar. Çünki insan anadan satqın, rüşvətxor, vicdansız doğulmur. Sonradan formalaşıblar.

Hz.Əli-dən bir misal gətirək. Onun sözlərinə görə, uşaqlar valideynlərindən çox zəmamələrinə bənzəyirlər. Həqiqətən də bu belədir. Bizim uşaqlar zəmanəyə bənzəyirlər. Onlar görürlər ki, günümüzdə maddi, mənəvi, qol gücü hamısı puldadır. Kim güclüdürsə, o haqlıdır. Ona görə də sırf özlərini qorumaq üçün bu ixtisasları seçirlər.

- Baba müəllim, onalr nələri itirməmək üçün bu yolu seçirlər?

- Vaxt ilə bir dostum var idi. Dövlət Təhlükəsizlik Komitəsində işləyirdi. O qədər vicdanlı, gözəl, ədalətli, ürəyiyumşaq insan idi ki.. Deyirdim sən hara, bu hara.. Mənə demişdi ki, özümü qorumaq üçün burdayam.. əgər burada işləməsəydim, məni çoxdan tutub, bu təmizliklə məhv edərdilər.

İndiki gəncləri qınamıram. Görürlər ki, külək hayandan əsir... Ona görə, bu ixtisasları seçirlər. Amma çox təəssüf edirəm, ürəyim ağrıyır. Lakin reallıqla barışmalıyıq.

"Nəsimi" filmdən deyildiyi kimi dünyada iki cür insan var. Cahil və kamil. Bizim cəmiyyətimiz də əksərən cailllərdən ibarətdir. Nə qədər ki, bizim cəmiyyətdə cahillər çoxluq təşkil edir, ona görə də insanların çoxu polis, prokuror, əlində qılınc olab şəxsə çevrilmək istəyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...