Xalq artisti kritik vəziyyətdə: Ona qan lazımdır

Xalq artisti kritik vəziyyətdə:
"Hazırda ona qan verilir, vəziyyəti ağırdır".

Bunu Qaynarinfo-ya açıqlamasında aktyor Salam İsmayıl Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Vaqif Şərifovun səhhətindən danışarkən deyib.

Onun sözlərinə görə, rejissor mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir:

"Özü şəkərdir, bir neçə dəfə də infakt keçirib. Birdən-birə vəziyyəti ağırlaşıb. Oğlu teatra gəlib-gedir. Deyir ki, qan lazımdır. Bir neçə şəxs qan verib, amma yenə lazımdır".

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Vaqif Şərifovun vəziyyəti ağırlaşıb. Rejissor Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...