Canəli Əkbərovun qızı: “Onları məhkəməyə verəcəyik”

Canəli Əkbərovun qızı:
"Xalq artisti Canəli Əkbərovun koronavirusa yoluxması ilə bağlı məlumat yalandır”.

Bunu Qaynarinfo-ya açıqlamasında sənətkarın qızı deyib. O bunu Canəli Ələkbərov sənətinə qarşı təxribat hesab edir:

"Belə şey, adama qarşı bu boyda təxribat olarmı? Atam iki il bundan öncə beyin insultu keçirib. Biz Birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciət etdik, atamın müalicəsini Fond öz öhdəsinə götürdü. İki dəfə müalicə olundu, indi səhhəti yaxşıdır. Hazırda atam evdədir, nə koronavirus? Belə bir şey yoxdur. Evə tələbələri gəlib-gedir. Biz düşmənik? Atam xəstə olsa, biz onun yanına tələbələrini buraxarıq? Keçən həftə bütün günü tələbələri gəlib konsert verib evdə. Ayıbdır, belə bir xəbəri yazırsan, zəng edib dəqiqləşdirmək çətindir? Demişik, məlumat vermişik, əgər xəbəri çıxarmasalar, üzr istəməsələr, onları məhkəməyə verəcəyik”.

Muğam İfaçısının qızı Canəli Əkbərova qarşı diqqətsizlikdən gileylidir:

"Atamın sənətini işıqlandırmırlar. İki ildir xəstədir, bir dəfə onun haqqında veriliş getməyib. Ad günlərində bir dəfə də olsun yada düşmədi, heç kəs bir veriliş, bir yazı yazmadı, indi durub yalan xəbər yazılar. Ayıbdır, Canəli Əkbərovun pulu da, imkanı da var. Niyə onu ev şəraitində müalicə etdirməliyəm? Hamı kimi aparıb ECMO aparatına qoşaram da. Canəli Əkbərovun böyük sənəti var, onu qiymətləndirin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...