“Eurovision-2016”nın iştirakçıları məlumdur – SİYAHI

“Eurovision-2016”nın iştirakçıları məlumdur –


Stokholmda keçiriləcək “Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə iştirak edəcək. Modern.az bildirir ki, bu haqda müsabiqənin rəsmi saytında məlumat verilib.

Ukrayna bir illik fasilədən sonra yarışmaya qayıdıb. Bosniya və Hersoqovina ( bu ölkə axırıncı dəfə 2012-ci ildə yarışmada iştirak edib), Avstraliya (ilk dəfə müsabiqədə 2014-cü ildə iştirak edərək 5-ci yeri qazanıb) da “Eurovision-2016”da iştirak etmək imkanı əldə edib. Beləliklə, müsabiqədə iştirak edəcək ölkələr bunlardır:

Azərbaycan, Albaniya, Avstraliya, Avstriya, Almaniya, Belarus, Belçika, Bosniya və Hersoqovina, Bolqarıstan, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, İsveç, Fransa, Makedoniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İrlandiya, İslandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Hollandiya, Norveç, Polşa, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Ukrayna və Böyük Britaniya. Türkiyə yenə müsabiqəyə qatılmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1150 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...