Prezidentin xanımı rep oxudu - VİDEO

Prezidentin xanımı rep oxudu -


ABŞ prezidentinin xanımı Mişel Obama Cey Faroanın ali təhsilin faydası haqqında olan rep-videosunda çəkilib, The Guardian məlumat yayıb.

Oxu.Az xəbər verir ki, videonun mətni birinci xanımın Çikaqoda böyüyərkən Priston və Harvard universitetlərinə qəbul olmaq üçün nə qədər çox oxuması haqqındadır. “Mən öz arzularına çatmaq, məqsədlərinə nail olmaq üçün çalışan gənclərə hörmətimi bildirirəm və onlara yardım etmək istəyirəm”, - M.Obama qəzetə verdiyi müsahibəsində bildirib.

“Go To College” (“Kollecə daxil ol”) çarxı Youtube-da dekabrın 10-da CollegeHumor kanalında yerləşdirilib. Videoçarxa 800 mindən çox adam baxıb. Klip üzərində Nyu-Yorkdan olan “Gregory Brothers” qrupu və CollegeHumor resursunun yaradıcıları çalışıb. Çarx birinci ledinin Reach Higher kampaniyasının bir hissəsi olub. Kampaniya çərçivəsində o, kollecə və ya peşəkar hazırlıq kurslarına daxil olmaq istəyən gənclərə yardım edir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...