“Toyları nəzarətə götürə bilərik” Nazirlikdən müğənnilərə xəbərdarlıq

“Toyları nəzarətə götürə bilərik”


Vergilər nazirinin I müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov müğənnilərdən gəlir vergisi tutulması barədə etirazlara münasibət bildirib.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, bu gün Vergilər Nazirliyində vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında çıxış edən Natiq Əmirov müğənnilərin vergi ödəməsinin vacib olduğunu bildirdi. “Müğənnilər, eləcə də hər kəs öz qazancına mütənasib şəkildə vergi ödəməlidir. Buna görə də ilk növbədə gəlir və xərclərin şəffaf qeydiyyatı aparılmalıdır. Loru dildə desək, şou əhlinin isə heç bir uçotu yoxdur. Hansısa səbəblərdən onlar bu uçotu bizə təqdim etmək istəmir.

Biz toyları nəzarətə götürə bilərik. Vergilər Nazirliyinin imkanı var ki, bir musiqiçini nəzarətə götürsün və onun bütün toylarını izləyib gəlirini hesablasın. Amma bu, ədalətli olacaqmı? Ona görə də təklif edirəm ki, gəlir və xərclərimizi şəffaflaşdıraq” - deyə nazir müavini bildirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1092 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...