Könül Xasiyeva müalicəsinə 150 min manat topladı

Könül Xasiyeva müalicəsinə 150 min manat topladı
Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın boğazında bədxassəli şiş aşkarlanıb. Bizim.Media xəbər verir ki, xanəndə müalicəsi üçün 254 min manat lazım olduğunu bildirib.

Bunun üçün Xasıyeva sosial şəbəkə hesabı vasitəsi ilə sənət adamlarına müraciət ünvanlayıb. Xalq artisti bu günlərdə ona 50 min manat yardım edildiyini açıqlayıb. K.Xasıyeva ümumilikdə 150 min manat toplaya bildiyini paylaşdığı postda yazıb.

“İnanıram ki, yenə də ən yaxın dostlarımın dəstəyi sayəsində bu səsimə qovuşacağam. Bir xanım 30 min manat, Rusiyada yaşayan bir bəy isə 20 min manat bağışladı”, – deyə xanəndə bildirib.

Sənətkar Almaniyada keçirəcəyi əməliyyatı üçün 100 min manat qaldığını dilə gətirib.

Qeyd edək ki, daha əvvəl Könül Xasıyeva ona yaxın bir qadın tərəfindən 100 min bağışladığını söyləmişdi. Xalq artisti, həmçinin Əməkdar artist Yusif Mustafayevin 1000 dollar göndərdiyini qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1150 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...