“Əlilliklə bağlı narazılıq edən çox kiçik qrup qalıb” – Sahil Babayev
“Əlilliyin təyin edilməsi ilə bağlı yeni kriteriyalar təsdiq olunandan sonra çox ciddi şəkildə yüngülləşmə oldu”.
Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bununla bağlı keçirilən bütün komissiyalara həm TƏBİB, həm hərbi məsələlərdisə, hərbi həkimlər, Səhiyyə Nazirliyinin həkimləri, nazirlik yanında İctimai Şuranın üzvləri və əlilliklə bağlı ictimi təşkilatlar, QHT-lərin nümayəndələri dəvət olunur:
“Hər həftə bu müayinələri aparırıq. Əlilliklə bağlı narazılıq edən çox kiçik qrup qalıb. Onların hər biri 4-5-6 dəfə komissiyada olub. Hər dəfə videomüşahidə ilə müayinə aparılıb və o insanlara bildirilib ki, həmin şəxsə əlillik düşmür. Həmin şəxslər bu qərarla razılaşmaq istəmir, biz artıq onları tanıyırıq. 2 ay sonra yenə sənədlərini göndərir, biz yenə onu dəvət edirik, bir daha komissiyadan keçir. 6300 müharibə iştirakçısından 4021 nəfərinə əlillik təyin edilib”.
384 dəfə oxundu