Bayden Putini “it oğlu” adlandırıb

Bayden Putini “it oğlu” adlandırıb
ABŞ Prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini “it oğlu” adlandırıb.

APA xəbər verir ki, bu barədə RİA Novosti Ağ Evin media mərkəzinə istinadən məlumat yayıb.

“Bizim bu Putin və başqaları kimi dəli it uşaqlarımız var və biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, - deyə Bayden vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin martında Co Bayden Polşa və Ukrayna sərhədindəki Ukrayna qaçqın düşərgəsinə səfəri zamanı Rusiya Prezidenti Vladimir Putini “qəssab” adlandırmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...