"Qaydalara görə Baləli dekan ola bilər" - Təhsil eksperti

"Qaydalara görə Baləli dekan ola bilər" -

"Meyxanaçı Balaəli verilişdə deyib ki, "ali təhsil almaq qismət olmayıb, dekan işləyərəm”. Bir çoxu meyxanaçını qınayır, lakin qüvvədə olan qaydalar ali təhsili olmayan Baləlinin dekan olmasına məhdudiyyət qoymur".

Qaynarinfo xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, bunun üçün ilk növbədə

Baləli dövlət təltifi almalıdır:

"Belə ki, 15.11.2017-ci il tarixli Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına görə (1.6.4.) incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər.

Yəni, Baləlinin ali təhsil almaması onun ali təhsil müəssisəsində dekan, hətta kafedra müdiri olmasına mane olmur. Əgər o, əməkdar artist və ya digər dövlət təltifi alarsa, bu arzusunu da reallaşdıra bilər".

Qeyd edək ki, meyxanaçı Balaəli "Xəbər-ətər" proqramında orta məktəbi bitirsə də, ali təhsil ala bilmədiyini, bununla belə dekan ola biləcəyini deyib:

"Təhsilsizəm, amma hansı universitetə getsəm, dekan işləyərəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...