Sel əkin sahələrini yudu, bahalaşma olacaq -

Sel əkin sahələrini yudu, bahalaşma olacaq -
Son günlər havaların qeyri-sabit keçməsi, bölgələrə dolu düşməsi və sel daşıqınları kənd təsərrüfatına xeyli ziyan vurub. Bəzi ərazilərdə taxıl və tərəvəz sahələri sel suları altında qalıb.

Baş verən təbii fəlakət kənd təsərrüfatı məhsullarının qıtlığı və bahalaşmasına səbəb ola bilərmi?

Bakupost.az -ın sualını iqtisadçı Xalid Kərimli cavablandırıb.

O, təbii fəlakətlərin bazardakı qiymətlərə təsir göstərəcəyini bildirib:

“Təbii ki, kənd təsərrüfatında bəzi məhsullar var ki, yetişib və bazarlardadır. Elə məhsullar da var ki, hələ yetişmə dövründədir. Amma istənilən halda dolu və sel suları nəticəsində sahələrin ziyan görməsi bazardakı qiymətlərə təsir göstərəcək”.

Onun sözlərinə görə, dəyşmiş ziyanla bağlı dəqiq rəqəm açıqlandıqdan sonra konkret nəsə demək olar:

“Yəni dəymiş ziyanla bağlı Kənd Təsərrüfatı Nazirliyi açıqlama verməlidir. Ona görə də öncədən dəqiq fikir söyləmək çətindir. Amma istənilən halda meyvə-tərəvəz sahələrinin sıradan çıxması bazara çıxarılan məhsulun həcmində əhəmiyyətli azalma yaradarsa, bu, qiymətlərin bahalaşmasına təsir göstərəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...