Daha bir təqaüdçü DSMF-ni məhkəməyə verdi

Daha bir təqaüdçü DSMF-ni məhkəməyə verdi
Dövlət Sosial Müdafiə Fondu ilə bağlı məhkəməyə müraciət edən təqaüdçülərin sayı durmadan artır. Pensiyasını ala bilməyən daha bir təqaüdçü Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, DSMF ilə bağlı məhkəmədə iddianı təqaüdçü Məmmədova Xoşbəxt Gülbala qızı qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. İddiaçı pensiya təminatı ilə bağlı məhkəməyə müraciət edib.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 25 iyul tarixində hakim Mehriban Qarayevanın sədrliyi ilə işə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...