“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər” VİDEO

“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər”
“Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev ATV-də qonaq olarkən danışıb.

O bildirib ki, sürət həddi ilə bağlı protokollar elektron qaydada tərtib edilir: “Stasionar postda yol patrul xidmətinin əməkdaşı sürücünü saxlayıb sənədlərə baxış keçirə bilər. Lakin hər hansı qayda pozuntusu yoxdursa, ona protokol tərtib edə bilməz.

Və yaxud DYP əməkdaşı iddia edə bilməz ki, siz yolda sürət həddini keçmisiniz və sizə əllə protokol yazırıq. Çünki vizual olaraq sürət həddinin aşılmasını müəyyən etmək mümkün deyil, belə bir anlayış yoxdur. Bu hal yalnız xüsusi texniki vasitə ilə aşkar edilə bilər”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...