3 №-li internat məktəbində hansı nöqsanlara yol verilib?

3 №-li internat məktəbində hansı nöqsanlara yol verilib?

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika İnternat Məktəbi cərimələnə bilər.

Qaynarinfo xəbər verir ki, məktəb barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib edilib.

İşə Nizami Rayon Məhkəməsində baxılacaq.

Nigar Qədirli iş üzrə hakim təyin edilib.

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...