Əkrəm Əylisli baş prokurordan cavab gözləyir

Əkrəm Əylisli baş prokurordan cavab gözləyir
Yazıçı Əkrəm Əylisli şəxsiyyət vəsiqəsinin müsadirə edilməsi ilə bağlı baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətin nə ilə nəticələndiyindən xəbərsizdir.

Gundeminfo.az pravda.az-a istinadla xəbər verir ki, o, Baş Prokurorluqdan hələ ki cavab almayıb:

“Xahiş etmişdim ki, bu barədə mənə yazılı məlumat versinlər. Heç bir məlumat göndərmədilər. Vəssalam. Mən də maraqlanmadım”. vakansiya

Xatırladaq ki, Əkrəm Əylisli 8 ildən çoxdur, şəxsiyyət vəsiqəsinin Baş Prokurorluqda müsadirə edilməsi səbəbindən bir çox məişət məsələlərində ciddi problemlər yaşaması barədə iyun ayında baş prokuror Kamran Əliyevə məktubla müraciət etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...