"FAB Boya" hansı qaydanı pozub?

"FAB Boya" hansı qaydanı pozub?

"FAB Boya və Kimya Sənayesi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu yazılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə tərtib edilib.

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimovanın icraatındadır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, bu maddə ilə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...