Ötən ay cəzalandırılan məşhur iş adamının bu dəfə şirkəti cərimələndi

Ötən ay cəzalandırılan məşhur iş adamının bu dəfə şirkəti cərimələndi
Quşçuluq fəaliyyəti ilə məşğul olan "M.M.Z" MMC məcburi auditdən yayındığına görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "M.M.Z" MMC-nin direktoru Yaşar Qasımovdur. İş adamı uzun illər "Gəncə-Quşçuluq" Açıq Tipli Səhmdar Cəmiyyətinin direktoru olub.

Ötən ay Yaşar Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə cəmiyyətin direktoru Yaşar Qasımov İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və MMC 11 000 manat cərimə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...