İranın Təhlükəsizlik Şurasının katibi Bakıya gəldi

  İranın Təhlükəsizlik Şurasının katibi Bakıya gəldi
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bu gün səhər saatlarında Bakıya gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilir ki, o, səfər təhlükəsizlik diplomatiyasına uyğun olaraq və Cənubi Qafqaz regionu ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə azərbaycanlı həmkarının dəvəti ilə həyata keçirilib.
Qeyd olunur ki, Əhmədianın Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü planlaşdırılır.
“Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir”, - məlumatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...