“BYD Motors Baku” gömrük qaydalarını pozur

“BYD Motors Baku” gömrük qaydalarını pozur
Çin istehsalı olan BYD avtomobil satıcısı “BYD Motors Baku” MMC-nin işi yenidən məhkəməlik olub.

XALQ.AZ xəbər verir ki, “BYD Motors Baku” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“BYD Motors Baku” MMC ilə bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 10 yanvar tarixində hakim Günel Səmədovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Anar Məlikov Əli oğludur.Tribunainfo.az

Qarşı tərəfi dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...