Hindistan Rusiya neftinin alışını məhdudlaşdırır – KİV
Hindistanın dörd dövlət neft emalı zavodu Rusiya neftinin alınmasını dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” sənaye mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, sözügedən şirkətlər “Indian Oil Corp” (IOC), “Hindustan Petroleum Corp” (HPCL), “Bharat Petroleum Corp” (BPCL) və “Mangalore Refinery Petrochemical Ltd”dır (MRPL).
Son bir həftə ərzində onlar Rusiya neftini tələb etməyiblər, lakin alternativ tədarüklər üçün spot bazara üz tutublar - əsasən Yaxın Şərq və Qərbi Afrika.
Nəşr qeyd edir ki, bu, ABŞ Prezidenti Donald Trampın Rusiya neftini alan ölkələrə rüsum tətbiq etməklə hədələməsi fonunda baş verib.
Xatırladaq ki, Hindistanda Rusiya neftinin ən böyük alıcıları özəl şirkətlər “Reliance Industries” və “Nayara Energy” olaraq qalır. İyulun 14-də ABŞ Prezidenti Donald Tramp Moskvanın Ukraynada 50 gün ərzində atəşkəs razılaşmasına nail olmadığı təqdirdə Rusiya və onun tərəfdaşlarına 100% tariflər tətbiq edəcəyini vəd edən bəyanat verib. Daha sonra o, müddəti 10 günə endirdi. Ağ Ev daha sonra aydınlaşdırıb ki, Tramp Rusiya neftinin alıcılarından danışır. İki həftə sonra ABŞ prezidenti bəyan etdi ki, ABŞ Rusiyadan hərbi texnika və enerji resursları aldığına görə avqustun 1-dən Hindistana “cərimə” tətbiq edəcək.
61 dəfə oxundu