“Bu səs-küydə evdə oturmaq mümkün deyil” - Video

“Bu səs-küydə evdə oturmaq mümkün deyil” -
“İzmir” restoranın yay terrasında musiqi avadanlıqlarını quraşdıraraq, gurultulu tədbirlər keçirirlər. Bu da bizim normal həyatımıza mane olur. Bu səs-küydə evdə oturmaq mümkün deyil”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33-də yerləşən “İzmir Residence” ünvanında yaşayan sakinlər müraciət edib.

Sakinlər daha öncə dəfələrlə mətbuatda işıqlandırılmasına baxmayaraq problemin öz həllini tapmadığını bildirir, restoran terrasından yüksələn səslərdən gileylənirlər.

Vətəndaşlar eyni zamanda manqal tüstüsünün də onların rahatlığını pozduğunu qeyd edirlər:

“Bu vəziyyət ailələrin və uşaqların, o cümlədən südəmər körpələrin istirahətinə mane olur, təhsil alan şagirdlər fikrini dərsə verə bilmir. Eyni zamanda yaşlı və xəstə insanların səhhətinə mənfi təsir edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...