Güney Azərbaycanda uran yatağının açılışı olub

Güney Azərbaycanda uran yatağının açılışı olub
Güney Azərbaycanın Xoy şəhərinin Cəngsər dağ-mədən rayonunda radioaktiv maddələrin yatağının açılışı olub.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətinin ictimaiyyətlə əlaqələr bölməsinin nümayəndəsi Məhəmməd İslami bildirib.

Onun sözlərinə görə, bu yataq İranın nüvə yanacağına ehtiyacının ödənilməsi üçün xammal tədarükünə potensial yerlərdən biridir: “Habelə bu sahə üzrə vacib elementlərlə zəngin nadir yataqdır“.

M.İslami xatırladıb ki, bu kompleksdə zavodların istismara verilməsi üçün 30 aylıq qrafik nəzərdə tutulub.

Bildirilib ki, Cəngsər rayonundakı yataq İranın nüvə yanacağı üçün xammal mənbəyidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...