UEFA Ermənistan Futbol Federasiyasına intizam işi açdı

UEFA Ermənistan Futbol Federasiyasına intizam işi açdı
UEFA Ermənistan Futbol Federasiyası və yığmanın baş məşqçisi Aleksandr Petrakova intizam işi açıb.
Yeniavaz.com Avropa futbol qurumunun rəsmi saytına istinadla xəbər verir ki, buna AVRO-2024-ün seçmə mərhələsində İrəvanda Xorvatiya millisinə qarşı keçirilmiş oyunda baş verən xoşagəlməz hadisələr səbəb olub.
UEFA oyun vaxtı siyasi və təxribat xarakterli mesajların verilməsi, stadionda ictimai keçidlərin bağlanması, azarkeşlərin tribunalarda pirotexniki vasitələrdən istifadə etməsi ilə bağlı araşdırmalara başlayıb.
Aleksandr Petrakov isə oyunun startını ləngitməkdə ittiham olunur.
Qeyd edək ki, Ermənistanın Xorvatiyaya 0:1 hesabı ilə uduzduğu görüşün 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin “bayrağı” stadionun oyun keçirilən ərazisində nümayiş etdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...