Polşa sabahdan Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoyacaq

Polşa sabahdan Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoyacaq
Polşa hakimiyyəti sentyabrın 17-dən etibarən Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, qadağa Polşa sərhədində gecə yarısı qüvvəyə minəcək:

“Qadağa o deməkdir ki, Rusiyada qeydiyyatda olan heç bir minik avtomobili Polşa ərazisinə daxil ola bilməyəcək. Rusiya yük maşınlarına qoyulan qadağa əvvəllər də qüvvədə idi. İndi heç bir Rusiya avtomobili Polşaya girməyəcək”.

Nazir vurğulayıb ki, bu, avtomobilin hansı dövlətin vətəndaşına məxsus olmasından asılı olmayaraq həm kommersiya, həm də şəxsi daşımalara aiddir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...