“10 ildən sonra kağız pul olmayacaq” Davos Forumunda şok açıqlama

“10 ildən sonra kağız pul olmayacaq”


Davosda keçirilən Dünya İqtisadi Forumunda müzakirə olunan əsas məsələlərdən biri maliyyə sahəsində müasir texnologiyaların istifadəsi olub. Psm7.com saytı xəbər verir ki, iştirakçıların proqnozlarına görə, innovasiya texnologiyaları tezliklə ənənəvi maliyyə alətlərini bazardan çıxarmağa müvəffəq olacaq.

"Kağız pullar gələcəkdə istifadə olunacaqmı? Biz bu məsələyə kifayət qədər çox vaxt sərf edirik. Güman edirəm ki, 10 ildən sonra kağız əskinaslar dövriyyədən çıxacaq, bu pullara ehtiyac olmayacaq", - deyə "Deutsche Bank"ın baş direktoru Con Krayan "Maliyyə transformasiyası" panel iclası çərçivəsində qeyd edib.

Bankir hesab edir ki, "Blockchain" texnologiyasından rəqəmsal identifikasiya məqsədilə istifadə etmək olar. Onun dünya miqyasında həyata keçirilməsi üçün "G20" ölkələrinin razılığı olmalıdır.

Pul və maliyyə sektorunun gələcəyi barədə müzakirələrdə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard, "Morgan Stanley"in baş direktoru Ceyms Qorman, "PayPal"ın baş direktoru Den Şulman, "Zurich Insurance Group" şirkətinin Direktorlar Şurasının sədri Tom de Svaan iştirak ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1064 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...