Belarus XİN: Ukrayna ilə bağlı danışıqlarda ev sahibliyi etməyə həmişə hazırıq

Belarus XİN: Ukrayna ilə bağlı danışıqlarda ev sahibliyi etməyə həmişə hazırıq
Belarus ərazisində Ukrayna ilə bağlı danışıqlar aparmağa hazırdır.

APA xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Sergey Aleynik "RİA Novosti"yə müsahibəsində bildirib.

Nazir bildirib ki, hər şey Kiyevin siyasi iradəsindən asılıdır.

"Biz Belarusda danışıqlara ev sahibliyi etməyə həmişə hazırıq. Ümid edirik ki, bu, sülhün bərpasına və Ukraynada qan tökülməsinə son qoyulmasına kömək edəcək", - diplomat vurğulayıb.

Daha əvvəl Belarus Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, İsveçrənin Ukrayna üzrə danışıqlar təşəbbüsü heç bir məna kəsb etmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...