İlon Mask: "Amerikanın Marsa astronavt göndərməsinin vaxtı çatıb"

İlon Mask: "Amerikanın Marsa astronavt göndərməsinin vaxtı çatıb"
"Amerikanın Marsa astronavt göndərməsinin vaxtı çatıb".

Oxu.Az xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask iyulun 20-də sosial mediadakı "X" səhifəsində bildirib.

"İndi Amerikanın Marsa astronavt göndərməklə daha da yüksək zirvələrə çatmasının vaxtıdır! Axı kosmos səyahətçisi olmaq və Marsda yeni sivilizasiyanın qurulmasına kömək etmək istəyən hər kəsin imkanı olmalıdır. Bu, ruhlandırıcı gələcəkdir!", - iş adamı yazıb.

Qeyd edək ki, Mask bunu NASA-nın ABŞ kosmik gəmisi Apollo 11-in Ay modulunun Yer peykinin səthinə uğurlu enişinin 55-ci ildönümünə həsr olunmuş postuna cavab olaraq bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...