Rusiyanın Azərbaycandakı bankının mənfəəti azalıb

Rusiyanın Azərbaycandakı bankının mənfəəti azalıb
Nizamnamə kapitalına görə Rusiyanın ən böyük bankı “Bank VTB”nin Azərbaycandakı törəmə bankının mənfəəti azalıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk 3 rübünün yekununda “Bank VTB (Azərbaycan)”nin xalis mənfəəti 6 milyon 140 min manat olub.
Qeyd edək ki, “Bank VTB (Azərbaycan)”nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 29% və ya 2 milyon 503 min manat azalıb.
Məlumat üçün qeyd edək ki, “Bank VTB”nin Azərbaycandakı törəmə bankının səhmlərinin 99,99%-i Rusiyadakı “Bank VTB”yə, 0,01%-i isə Adıgözəl Ağayevə məxsusdur. Bankın əsas məqsədlərindən biri Azərbaycanda işləyən Rusiya şirkətlərinə dəstək olmaqdır. Həmçinin Rusiya ilə işgüzar əlaqələri olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bankdır.
Onu da bildirək ki, “Bank VTB” səhmlərinin 60,9%-i dövlətə məxsus olan, nizamnamə kapitalına görə Rusiyanın birinci, aktivlərinə görə isə “Sberbank”dan sonra ikinci bankıdır. Mərkəzi ofisi Moskvada yerləşən bankın Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Kiprdə törəmə bankları fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...