“Bu, ilahi paydır” - Putinin müşaviri nüvə silahından istifadə etməyə çağırdı

“Bu, ilahi paydır” - Putinin müşaviri nüvə silahından istifadə etməyə çağırdı

Vladimir Putinin müşaviri və rusiyalı təbliğatçı Sergey Karaqanov nüvə silahından istifadə etməyə çağıraraq, onu "ilahi pay” adlandırıb.

Qaynarinfo "The Moscow Times"a istinadla xəbər verir ki, Karaqanova görə, Rusiyanın belə bir arsenalı olduğu halda ondan istifadə etməməsi "sovet və rus xalqına qarşı günahdır”.

"Bizim nüvə silahımızın olması allahın müdaxiləsidir. Necə olursa-olsun, o, ön sırada olan almanların bu silahı əldə etməsinə mane oldu. Daha sonra allah Oppenheymer və Fuksların əli ilə onu bizə verdi. Beləliklə, insanlığı xilas etdi. Biz allahı qəzəbləndirməməliyik — bizə verilmiş silahdan fəal şəkildə istifadə etməliyik”, — deyə o, "Qorxutmağa doğru: caydırmadan qorxutmaya” kitabının təqdimatı zamanı bildirib.

Qeyd etmək lazımdır ki, NATO ölkələrinə qarşı "preventiv zərbə” endirməyə çağıran Karaqanov Berlində və Venesiyada mənzillərə malikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...