İstanbul Hava Limanı Avropanın ən yaxşısı seçildi
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, 4-10 noyabr tarixlərində İstanbul Hava Limanının gündəlik orta hesabla 1359 uçuşla Avropa paytaxtlarındakı hava limanlarını geridə qoyaraq zirvədəki yerini qoruduğunu bildirib.
Gundeminfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Uraloğlu, Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 4-10 noyabr tarixlərini əhatə edən Avropa Hava Nəqliyyatı Ümumi Baxış Hesabatını qiymətləndirib. Hesabata əsasən, İstanbul Hava Limanı gündəlik 1359 uçuşla Avropanın ən işlək hava limanı olub. Londra, Amsterdam və Paris hava limanlarını geridə qoyan İstanbul Hava Limanı, qlobal miqyasda 25 iri hava limanı arasında gündəlik orta hesabla 686 uçuşla 9-cu sırada qərarlaşıb.
Nazir Uraloğlu əlavə edib ki, Türkiyə gündəlik orta hesabla 2815 uçuşla Avropanın ən sıx hava trafikinə sahib ölkələri arasında 6-cı yerdədir. Türk hava məkanı uçuş başına 0,5 dəqiqədən az gecikmə ilə Avropanın ən səmərəlisi hesab edilir. Fransa isə Parisdəki hava məkanında 1,9 dəqiqəlik gecikmə ilə siyahıda birinci yerdədir.
46 dəfə oxundu