Gürcüstanda müxalifət koalisiyasının lideri saxlanılıb

Gürcüstanda müxalifət koalisiyasının lideri saxlanılıb
Gürcüstanda müxalif “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiyan inzibati pozuntulara görə saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

N.Qvaramiyan polis əməkdaşını təhqir etdikdən sonra saxlanılıb.

Məlumata görə, Gürcüstanda müxalifət partiyalarının ofislərində axtarış “Qrup zorakılığının təşkil edilməsi, buna qatılmaq və ya zorakılığa çağırış” maddəsi ilə aparılır.

Yerli KİV-in yazdığına görə, axtarış zamanı hüquq-mühafizə orqanları “Droa” partiyasının ofisində böyük miqdarda pirotexnika və etiraz aksiyalarında istifadə edilən müxtəlif əşyalar aşkar ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...