Peskov: Hazırda Putin və Əliyevin telefon söhbəti gündəlikdə yoxdur

Peskov: Hazırda Putin və Əliyevin telefon söhbəti gündəlikdə yoxdur
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti hazırda planlaşdırılmır.

"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda gündəlikdə Vladimir Putin ilə İlham Əliyev arasında söhbət yoxdur, lakin lazım olarsa, bu, ən qısa müddətdə baş tutacaq", - o qeyd edib.

D.Peskov həmçinin Yekaterinburqdakı hadisələri şərh edərkən Moskvanın Bakı ilə yaxşı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

O vurğulayıb ki, Kremldə Azərbaycan hökumətinin Rusiya ilə münasibətlərə dair qəbul etdiyi qərarlardan təəssüflənirlər.

D.Peskov əlavə edib ki, hüquq-mühafizə orqanlarının işi demarşlar üçün səbəb olmamalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...