Saakaşvilini Poroşenkonun xüsusi təyinatlıları qoruyacaq

Saakaşvilini Poroşenkonun xüsusi təyinatlıları qoruyacaq

Odessa qubernatoru təyin olunmuş sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilini Ukrayna xüsusi təyinatlıları qoruyacaq.
Avropa.info xəbər verir ki, Saakaşvili bu haqda “Rustavi-2” telekanalına danışıb. Mühafizənin təyin olunması haqda əmri şəxsən Pyotr Poroşenko özü imzalayıb. “Məni xüsusi təyinatlı birləşmə mühafizə edir. Buradakı mühafizə Kiyevlə müqayisədə daha ciddidir” – Saakaşvili belə deyib.


Sabiq Gürcüstan prezidentinə görə, bu onun xalqdan məsafəli qalmaq istəyini göstərmir: “Bu o demək deyil ki, mən insanlarla ünsiyyətdən qaçacam. Rəhbərlər xalqın yanında olmalıdır. Rəhbərlər onların yanında olanda insanlar bunu qiymətləndirir. Məsafə olmamalıdır. Prezident mənim təhlükəsizliyim baxımından əlavə sərəncam verib. Mən bunu tələb etməmişdim”.

Saakaşvili deyib ki, qubernator təyin olunduğu regionda şəxsinə qarşı təhlükə var, lakin o buna hazırdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...