15 min suriyalı türkmən Türkiyəyə keçmək istəyir

15 min suriyalı türkmən Türkiyəyə keçmək istəyir

15 min türkmən Suriyadan Türkiyənin Akçakale sərhəd-keçid məntəqəsinə doğru yürüşə başlayıb.

"Report" xəbər verir ki, bu haqda "habertürk" saytı məlumat yayıb. Suriya Türkmən Milli Hərəkat Partiyası sədrinin müavini Tariq Sülo Cevizci deyib ki, son günlər İŞİD terrorçuları Hələbin Soran qəsəbəsinə nəzarəti ələ keçirdikdən sonra Kilisin qarşı tərəfindəki Azezə doğru irəliləməyə başlayıb: "Onlar türkmənlərin 10-a yaxın kəndini işğal ediblər. Həmin bölgədən 2 500 türkmən ailəsi, Rakka şəhərinin şimalındakı kəndlərdən isə 15 min türkmən öz yurdlarını tərk edib".

Türkiyənin Suriya ilə sərhədindəki Akçakale əyalətinin yerli hökumət təmsilçiləri də suriyalıların yaxın ərazidə göründüklərini təsdiqləyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...