Rusiyada erməni iş adamları güllələnib

Rusiyada erməni iş adamları güllələnib


Rusiyada iki nəfər Ermənistan vətəndaşı güllələnib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Krasnodar vilayətinin Armavir şəhərində baş verib.

Qətlə yetirilən şəxslər iş adamları olub. Onların meyitləri çoxmərtəbəli binanın liftində tapılıb.

Öldürülənlərdən birinin 51 yaşı olub və onun həmin binada yaşayıb. Ondan yaşca kiçik olan ikinci şəxsin kimliyi məlum deyil. Onların topdan satış ticarətlə məşğul olduğu deyilir.

Ölən şəxsin qonşuları bildiriblər ki, bir müddət əvvəl iş adamı yeni məhsul almaq üçün böyük məbləğdə pul alıb.

Faktla bağlı cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...