"Türkiyəyə iqtisadi yardım etmək çətinləşir" - Almaniyanın maliyyə naziri

"Türkiyəyə iqtisadi yardım etmək çətinləşir" -


Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble Türkiyənin Avropa ölkələri ilə arasındakı gərginliklər və Almaniyanın Die Welt qəzetinin Türkiyə müxbiri Deniz Yücel-in həbsi səbəbilə iqtisadi yardım məsələsində Türkiyə ilə işləməyə davam etməyin çətinləşdiyini deyib.

Schaeuble, Türkiyə liderlərinin işbirliyini irəlilətmək istəyinin olmadığını bildirib və qeyd edib ki, Türkiyənin Hollandiya, Danimarka və Almaniya ilə yaşadığı gərginliklər Türkiyənin xeyrinə deyil.

Almaniyanın ZDF kanalına danışan Schaeuble, "Bu şərtlər altında bu mövzuda işləməyə davam etməyimiz son dərəcə çətindir" deyib:

"Almaniya hökümətində hamı gərginliyin daha çox artmaması gərəkdiyi mövzusunda həmfikirdir."
"Tək istəyimiz Türkiyənin sağlam düşüncəyə dönməsidir."

Türkiyə Avropa İttifaqına namizəd bir ölkə olaraq hər il Aİ büdcəsindən dəyişən miqdarda maliyyə alır.
2014-2020-ci illər arasında Türkiyəyə 4.5 milyard avro yardım ediləməsi planlaşdırılıb (BBC).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...