İran rəsmi olaraq Suriyada atəşkəsin təminatçısı statusu alıb

İran rəsmi olaraq Suriyada atəşkəsin təminatçısı statusu alıb


İran rəsmi olaraq Rusiya və Türkiyə ilə yanaşı, Suriyada atəşkəs rejiminə əməl edilməsi üzrə təminatçı ölkə statusu alıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Suriya münaqişəsini nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksant Lavrentyev deyib. O bildirib ki, bu qərar Astana danışıqlarının vacib nəticəsi hesab olunur.

Rusiya nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bəzi qüvvələr sülh danışıqlarına mane olmağa çalışır və münaqişənin hərbi yolla həllinə tərəfdar çıxırlar. Onun sözlərinə görə, Suriya silahlı müxalifətinin nümayəndələrinin martın 16-da Astana gəlişi nəzərdə tutulur: “Hesab edirik ki, təminatçı ölkələr və Suriya silahlı müxalifəti arasında müzakirələr mütləq davam etdirilməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...