Saakaşvili: “Azərbaycan olmasaydı, donmuşduq”

Saakaşvili: “Azərbaycan olmasaydı, donmuşduq”


Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynada siyasi proseslərə qoşulmuş Mixail Saakaşvili Ukraynanın “112 Ukraina” telekanalına müsahibə verib.

Modern.az xəbər verir ki, daha çox Ukraynanın siyasi və iqtisadi həyatındakı çətinliklərdən danışan Saakaşvili baş nazir seçilərsə, tamamilə başqa yöndə siyasi xətt tutacağını deyib.

O, Ukraynanın Rusiyadan elektrik və qaz asılılığından da danışıb və Gürcüstanda 2005-ci ildə baş verən enerji böhranını yada salıb.

“2005-ci ildə mənim Ukrayanadakı birinci Maydan hərəkatında iştirakıma cavab olaraq Rusiya Gürcüstanın qaz və elektrik xətlərini kəsdi. Guya terror aktı baş vermişdi. Əgər həmin vaxt bizi İran və Azərbaycan xilas etməsəydi, hamımız donardıq. Bu hadisədən 3 il sonra Gürcüstanın elektrik enerjisindən asılılığını sıfıra endirdik və hətta ixraca başladıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...