Rus ekspert: “Lukaşenko devriləcək”

Rus ekspert: “Lukaşenko devriləcək”
Artıq 25 ildir ki, Aleksandr Lukaşenko Kremllə oyun oynayır.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib. O, Belarus prezidentinin hazırda təhlükə qarşısında olduğunu bildirib:

“Moskva və Minsk arasında çətin münasibətlər 25 ildir davam edir. Yeltsin dövründə Kreml Lukaşenkoya dövlət çevrilişi etməyə kömək edib. Moskva bununla ümid edirdi ki, Belarus Rusiyaya birləşəcək, amma Lukaşenko artıq 25 ildir ki, Kremllə oyun oynayır. Lukaşenko həm Yeltsin, həm də Putini aldatdı. İndi o, postsovet məkanında ən parlaq siyasətçi sayılır. Belarus lideri hazırda təhdid altındadır. Bir tərəfdən ona qarşı saray çevrilişi ola bilər, digər tərəfdən isə Belarusda müxalif hərəkat güclənə bilər. Kreml Minskdəki situasiyadan istifadə etməyə çalışacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...