İrəvanda ara qarışdı: Xalq ayağa qalxdı (Video)

İrəvanda ara qarışdı:

Xəbər verdiyimiz kimi ötən gün martın 16-sı Ermənistanda “Sasna Tsrer” hadisələrinə gorə tutulan və günlərdir aclıq aksiyasi keçirən siyasi məhbus Artur Sarkisyan ölüb. Aclıq aksiyası zamanı halı pisləşən Artur xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə bxamayaraq o keçinib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bundan sonra İrəvanda seçkiqabağı gərgin vəziyyət kritikləşib. Belə ki, martın 16-ı axşam saatlarından başlayaraq, hüquq-mühafizə orqanlarının əməllərinə etiraz əlaməti olaraq İrəvan sakinləri Azadlıq meydanına gəlib. Əvvəlcə nümayişçilər Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə yürüş təşkil ediblər.

Siyasi baxışlarına görə qanunsuz olaraq həbs edilən müxalifətçi Şant Arutyunyanın oğlu Şaqenin rəhbərlik etdiyi etirazçılar qanunsuz olaraq həbs edilən müxalifətçilərin azad edilməsini, bu işlərdə əli olan rəhbər şəxslərin qanun qarşısında cavab verməsini, ədalətin bərpa olunması ilə bağlı çağırışlar ediblər. Etirazçılar “Serjik qatil”, “Baş prokuror istefaya” və s. şüarlar səsləndiriblər.

Daha sonra nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələbi ilə fasiləsiz “oturaq” aksiyası keçirmək barədə qərar qəbul ediblər. Onlar İrəvan sakinlərini faciəvi insidentə münasibət bildirmək üçün martın 17-də Azadlıq meydanına toplaşmağa çağırıblar.

Xatırladaq, Artur Sarkisyan keçən ilin iyul ayında şəxsi avtomobili ilə polis barikadasını yararaq idarəni ələ keçirmiş “Sasna Tsrer" üsyançılarına yemək və tibbi ləvazimatlar apardığına görə həbs edilmişdi. Aclıq aksiyası keçirən Artur Sarkisyan martın 16-da reanimasiya şöbəsində ürək çatışmazlığından ölüb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...